Qan azlığına faydalı - Əla növ tut bəhməzi
Qan azlığına faydalı – Əla növ tut bəhməzi


70 AZN üzəri bütün sifarişləri ünvana pulsuz çatdırırıq
Çatdırılma zamanı qapıda nağd ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
70 AZN üzəri bütün sifarişləri ünvana pulsuz çatdırırıq
Çatdırılma zamanı qapıda nağd ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Özəllikləri
Tut bəhməzinin faydası və tərkibinin bir çox qiymətli komponentlərlə zəngin olduğu məlumdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, onun tərkibində olan dəmirin miqdarı balda olduğundan səkkiz dəfə çoxdur.
Bəhməz mineral qaynağıdır. Bənizi solmuş, qan azlığı olanların gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı bəkməz içməsi məsləhətdir. Bir xörək qaşığı tut bəhməzini içmək bir stəkan tut yeməyə bərabərdir.
Tut doşabı çox istifadə olunur və bəhməzlərin şahı hesab edilir. O, ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihabi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Bundan əlavə bəhməz əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağırsaq yaraları, eləcə də ağciyər problemləri zamanı çox faydalı təsir göstərir.
Xəstəliklərə qarşı qoruyucu təsiri olan tut bəhməzi kalori dəyəri yüksək olan qidalar sırasındadır. Qara və ağ tut növlərindən hazırlanan tut bəkməzi minerallarla zəngindir. İştahaaçıcı, arıqladıcı və hipoqlikemik effektlərə malikdir. Tut bəkməzi eyni zamanda öskürək əleyhinə, bəlğəmgətirici xüsusiyyətlərə də malikdir.
Reviews (0)
0